Çin Xalq Respublikasının rəhbəri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısında iştirak etmək məqsədilə 31 avqust – 1 sentyabr tarixlərində Qırğızıstana rəsmi səfər edəcək.
Bu barədə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev çinli həmkarı Van İ ilə Çolpon-Atada keçirdiyi görüşdə bildirib.
Nazirin sözlərinə görə, son illərdə Qırğızıstan və Çin arasında münasibətlər bərabərhüquqluluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında davamlı inkişaf edir. O qeyd edib ki, iki ölkə arasında siyasi fikir ayrılığı yoxdur və ən yüksək səviyyədə müntəzəm təmaslar artıq xoş bir ənənəyə çevrilib.