Ermənistan hökuməti avqustun 2-də, bazar günü istefa verəcəyini elan edəcək.
Ermənistan KİV-in yazdığına görə, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
"Avqustun 2-də Ermənistanın 9-cu çağırış parlamentinin formalaşdırılması ilə əlaqədar və Konstitusiyaya uyğun olaraq istefamızı elan edəcəyik. Bundan sonra Ermənistan Prezidenti parlament çoxluğu tərəfindən irəli sürülən namizədi baş nazir təyin edəcək. Beləliklə, bugünkü tərkibdə sonuncu dəfə toplaşırıq", – deyə Paşinyan hökumətin iclasında bildirib.
Qeyd edək ki, iyunun 14-də açıqlanan parlament seçkilərinin yekun nəticələrinə əsasən, Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49,7 faizdən çoxunu qazanıb. Bu nəticə partiyaya yeni hökuməti təkbaşına formalaşdırmaq imkanı verir.