Paşinyan Almaniyaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya səfər edəcək.

Ermənistan KİV-in məlumatına görə, bu barədə Hessen torpağının parlamenti məlumat yayıb.

 

Qeyd olunur ki, Paşinyanı səfər zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan müşayiət edəcək.

Səfər çərçivəsində baş nazirin Frankfurt Ticarət və Sənaye Palatasında işgüzar dairələrin nümayəndələri ilə görüşəcəyi və Darmştadtda yerləşən Fraunhofer Struktur Davamlılığı və Sistem Etibarlılığı İnstitutuna baş çəkəcəyi gözlənilir.