İsveçin baş naziri istefa verib

İsveçin Baş Naziri Ulf Kristersson tutduğu vəzifədən istefa verdiyini elan edib.

Bu barədə o, rəsmi "X" sosial şəbəkəsində yazıb.

 

Kristersson sentyabrın 13-də keçirilən parlament seçkilərində müxalifətin qələbəsindən sonra istefa vermək qərarına gəldiyini bildirib. Məğlubiyyətə uğrayan sağçı-mərkəzçi blokun rəhbəri parlament sədrinə vəzifəsindən azad olunması ilə bağlı məktub göndərib. Kristersson müraciətin mətnini "X" sosial şəbəkəsindəki səhifəsində dərc edib.

“Baş nazir vəzifəsindən azad olunmağımı xahiş edirəm”, –deyə məktubda qeyd edilib.