Ermənistan balanslaşdırılmış xarici siyasət kursunu davam etdirəcək - Paşinyan

Ermənistan Avropa İttifaqı ilə yaxınlaşma fonunda balanslaşdırılmış xarici siyasət kursunu davam etdirəcək.

Ermənistan KİV-nin məlumatına görə, bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan bildirib.

Rusiyadan olan jurnalistin bu kursu davam etdirib-etdirməmək niyyətində olduğu ilə bağlı sualına Paşinyan “Biz elə bildirdiyimiz kimi, balanslaşdırılmış xarici siyasəti davam etdirməyi planlaşdırırıq”, - deyə cavab verib.

 

Jurnalist ardınca “eyni zamanda iki stulda əyləşmək mümkün olacaqmı” deyə soruşub.

“İki stul niyə?! Biz yalnız bir erməni stulunda əyləşmişik”,-deyə Paşinyan cavablandırıb.