Məhkəmə Trampın üzərinə jurnalistlərlə bağlı öhdəlik qoyub

Amerika Birləşmiş Ştatlarında federal məhkəmənin hakimi Timoti Kelli ( Kolumbiya dairəsi) CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə giriş icazəsinin bərpa olunmasına dair qərar çıxarıb.

TASS-ın məlumatına görə, bu barədə hakimin qərarında deyilir.

 

Sənəddə qeyd olunur ki, Kelli məhkəmə iclasının nəticələrinə əsasən, ABŞ Prezidenti Donald Trampın üzərinə iddiaçıların müraciətini təmin etmək və administrasiyasını jurnalistlərin onun iqamətgahına girişi bərpa etmək öhdəliyi qoyub.

Sentyabrın 18-də Tramp adıçəkilən KİV-lərin jurnalistlərini administrasiyası haqqında yalan məlumatlar yaymaqda ittiham edərək onların Ağ Evə giriş icazəsindən məhrum edildiyini açıqlayıb. O, ABŞ administrasiyası rəhbərinin iqamətgahına girişinə qadağa qoyulan KİV-lərin siyahısının genişləndirilə biləcəyini bildirib, lakin qərarını ləğv edə biləcəyini də istisna etməyib.