Hava məkanımızı dörd PUA pozub - Maya Sandu

Cümə axşamına keçən gecə Rusiyaya məxsus dörd pilotsuz uçuş aparatı (PUA) ölkənin hava məkanını pozub.

Bunu Moldova Prezidenti Maya Sandu öz rəsmi “X” səhifəsində bildirib.

“Rusiyanın Ukraynaya kütləvi hücumu bu gün səhər yenidən Moldovaya da təsirsiz ötüşməyib: Rusiyaya məxsus dörd PUA hava məkanımızı pozub və onlardan ən azı biri ölkənin şimalında partlayıb”, – deyə o, yazıb.

 

Sandunun sözlərinə görə, müharibə bütün Avropa üçün təhlükə yaradır.

“Biz bu müharibəni pisləyir və Ukraynanın yanında çiyin-çiyinə dayanırıq”, – Maya Sandu əlavə edib.