NASA və SpaceX kosmonavtları yanvarın 14-də Yerə qaytarmaq niyyətindədir

ABŞ-nin NASA agentliyi və “SpaceX” şirkəti Beynəlxalq Kosmik Stansiyadakı (BKS) kosmonavtları yanvarın 14-də Yerə qaytarmağa hazırlaşır.

Trend xəbər verir ki, “Crew-11” missiyası çərçivəsində kosmonavtlar 2025-ci ilin avqustunda BKS-ə çatdırılmışdı.

 

Yerə vaxtından əvvəl qayıtmaya səbəb kosmonavtlardan birinin səhhətində yaranmış problemdir.