İsrail ordusunun Qəzzanın Xan Yunis şəhərindəki Nasir Xəstəxanasına təşkil etdiyi hava hücumunda 6 nəfər həlak olub.
İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunis şəhərində yerləşən Nasir Xəstəxanasına təşkil etdiyi hava hücumu nəticəsində ilkin məlumatlara görə 6 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Qəzzadakı Mülki Müdafiə İdarəsi, İsrail döyüş təyyarələrinin xəstəxananın ikinci mərtəbəsini hədəf aldığını açıqladı. Bölgədəki axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən rəsmilər, həlak olanlardan birinin xəstəxanada çalışan həkim olduğunu qeyd etdilər.