Boliviyanın şərqində magistral yolda mikroavtobusun qəzaya uğraması nəticəsində bir ailənin azı 11 üzvü həlak olub, üç nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, polis sürətlə hərəkət edən nəqliyyat vasitəsini yetkinlik yaşına çatmayan sürücünün idarə etdiyini bildirib. Mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.
Qəzanın səbəbləri araşdırılır.