2025-ci ildə Qazaxıstan ilə Çin Xalq Respublikası arasındakı Altınkol - Xorqos sərhəd-keçid məntəqəsi vasitəsilə 16,1 milyon tondan çox yük daşınıb ki, bu da Dəmir Yolları Əməkdaşlıq Təşkilatı çərçivəsində razılaşdırılan planı 9 faiz üstələyir.
AZƏRTAC “Qazaxıstan Dəmir Yolları”na istinadla xəbır verir ki, Çinə ixracın həcmi 5,3 milyon ton təşkil edib ki, bu da plan göstəricisindən 20 faiz çoxdur. Sözügedən keçid vasitəsilə Avropa, Rusiya və Mərkəzi Asiya ölkələrinə 3 589 qatar yola salınıb.
Qeyd olunur ki, planın vaxtından əvvəl yerinə yetirilməsi keçidin səmərəli fəaliyyətini təsdiqləməklə yanaşı, Qazaxıstan ilə Çin arasında nəqliyyat sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.