Çin orbitə 4 telekommunikasiya peyki buraxdı

Çinin “Galactic Energy” şirkəti 4 telekommunikasiya peykini uğurla Yerə yaxın orbitə çıxarıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, “Tianqi 37–40” kosmik aparatlarını daşıyan dörd mərhələli bərk yanacaqlı “Ceres-1” raketi yanvarın 16-da Bakı vaxtı ilə saat 00:10-da Sarı dənizin akvatoriyasında yerləşən Tayyuan kosmodromunun platformasından buraxılıb.

 

Qeyd edək ki, “Galactic Energy” 2028-ci ilədək kosmik təyinatlı raketlərin buraxılışı üçün dünyanın ilk elektromaqnit start sistemini təqdim etməyi planlaşdırır.

Ötən ilin bahar aylarında “Ceres-1” raketinin köməyi ilə “Galactic Energy” şirkəti səkkiz peyk buraxmışdı.