İsrail qüvvələri Livanda təcili yardım maşınına zərbələr endirib, dörd nəfər ölüb

İsrail qüvvələrinin Livanın cənubunda həyata keçirdiyi hava hücumu nəticəsində 4 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Al Hadath" televiziya kanalı xəbər verib.

 

Məlumata əsasən, hava zərbələri Tir şəhəri yaxınlığındakı bir neçə yaşayış məntəqəsinə endirilib.

Əl-Kalila kəndində isə Hizbullahın təcili yardım maşını bombalanıb. Hücum nəticəsində avtomobildə olan dörd nəfər həlak olub.