İrandan ABŞ-a çağırış: Öhdəliklərinizi yerinə yetirin
İran Məclis Sədri Məhəmməd Baqir Qalibaf, ABŞ Prezidenti Donald Trampın yanaşmasını 'teatr diplomatiyası' adlandıraraq, "Həqiqətləri qəbul edin və öhdəliklərinizi yerinə yetirin" dedi.

 

İran Məclis Sədri Məhəmməd Baqir Qalibaf, sosial media hesabından paylaşdığı mesajında, ABŞ Prezidenti Donald Trampın dəfələrlə 'böyük hücumlar edəcəyik' açıqlaması verdikdən sonra 'İranlılar müzakirə etmək istəyir' deyərək təhdidlərindən geri addım atmasına reaksiya göstərdi. Qalibaf, "Bu, daim təkrarlanan bir teatr diplomatiyasıdır. Zorakılıq, pozulmuş vədlər və saxta xəbərləri qaldıraç kimi istifadə etmək uğursuz bir strategiyadır. Həqiqətləri qəbul edin və öhdəliklərinizi yerinə yetirin. Daha çox teatra ehtiyacımız yoxdur" ifadələrini işlətdi.