İran İnqilab Keşikçiləri Ordusu Sözçüsü Hüseyn Muhibbi, “Düşmənin ən kiçik səhvinə qat-qat cavab verəcəyik” dedi.
İran İnqilab Keşikçiləri Ordusu Sözçüsü Hüseyn Muhibbi İran mətbuatına verdiyi açıqlamada hücumlara eyni şəkildə cavab veriləcəyini bildirdi. ABŞ və İsrailin mövcud vəziyyətdə İrana qarşı təsirli bir əməliyyat apara bilməyəcəyini və bu ölkələrin də bunu çox yaxşı bildiyini deyən Muhibbi, "Düşmən, İran xalqı qarşısında məğlub oldu. Səhvlər təkrarlanarsa, yenə məğlub olacaqlar. Düşmənin ən kiçik səhvinə qat-qat cavab verəcəyik" ifadələrini işlətdi.
Muhibbi, ABŞ və İsrailin İrana yönəlik açıqlamalarının böyük ölçüdə daxili ictimaiyyəti təsirləndirməyi hədəflədiyini bildirərək, "Bu ölkələrin liderləri partiyalarını seçki məğlubiyyətlərindən qorumaq üçün bu cür ritorikaya müraciət edirlər" dedi.