Yaponiyada Oqasavara adaları açıqlarında 7 bal gücündə zəlzələ baş verib.
Yaponiya Meteorologiya Agentliyi (JMA), Oqasavara Adaları açıqlarında yerli saatla 11:10-da yerin 470 kilometr dərinliyində 7 bal gücündə zəlzələ qeydə alındığını elan etdi. Titrəmədən sonra sunami riskinin olmadığı bildirildi.