Almaniya Kansleri Merz'dən 'Rusiya' açıqlaması
Almaniya Kansleri Friedrich Merz, Rusiyanın Almaniyanı qeyri-sabitləşdirməyə yönəlik cəhdlər etdiyini bildirdi.

Almaniya Kansleri Friedrich Merz Münhen şəhərində etdiyi açıqlamada, Avropa qitəsinin şərqində böyük bir təhdidlə üzləşdiklərini söylədi. Rusiyanın Ukraynaya qarşı apardığı hücum müharibəsinin, Avropa sülh nizamını dərindən sarsıtdığını qeyd edən Merz, "Rusiyanın hər gün Almaniyanı qeyri-sabitləşdirmək istədiyini də görürük. Avropanın hər yerində kiber hücumlara, sabotaj cəhdlərinə və kritik infrastruktur hücumlarına şahid oluruq. Bütün bunlar azadlığımızı təhdid edir. Qitəmizin ən qaranlıq dövrlərinə geri dönməsini istəmirəm. Buna görə də azadlığın qorunmasına sərmayə qoyuruq" ifadələrini işlətdi.