Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

Noyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mei ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında elm və təhsil sahəsində mövcud əlaqələr, eləcə də gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.