4 milyon bareldən çox neft daşıyan iki tanker partlayıb – SEPAH

Bu gün Hörmüz boğazında iki böyük neft tankeri dəniz minasına düşərək partlayıb.

Bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) məlumatında öz əksini tapıb.

“SEPAH-ın Hörmüz boğazından keçidə nəzarət mərkəzinin dəfələrlə xəbərdalrıq etməsinə baxmayaraq, boğazın təhlükəli cənub hissəsindən keçməyə cəhd edən iki böyük neft tankeri dəniz minasına düşərək partlayıb.

 

Sözügedən iki böyük neft tankeri ümumilikdə 4 milyon bareldən çox xam neft daşıyırdı. Hazırda isə həmin tankerlər yanmaqdadır”, -deyə SEPAH bildirib.

SEPAH-ın məlumatına görə, Fars körfəzi və Hörmüz boğazında GPS sistemlərini söndürərək ABŞ ordusunun dəstəyi ilə boğazın qanunsuz olaraq cənub hissəsindən keçməyə cəhd edən hər bir gəmi vəziyyətlə üzləşəcək.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.