"Caspian Geo" şirkəti "SOCAR Exploration"ın sifarişi ilə Xəzər dənizinin Azərbaycan sektorundakı Qoşadaş strukturunda 3D seysmik kəşfiyyat işlərinə başlayıb.
"SOCAR Exploration"ın məlumatına görə, tədqiqatlar dib seysmoqəbuledicilərindən (OBN) istifadə edilməklə aparılır.
Qeyd olunur ki, bu, son 1 il ərzində "SOCAR Exploration"ın rəhbərliyi altında həyata keçirilən üçüncü seysmik kəşfiyyat layihəsidir. Daha əvvəl şirkət xaricdə iki analoji kampaniya həyata keçirib.
Əldə olunan məlumatlar perspektivli obyektlərin kompleks qiymətləndirilməsini aparmağa imkan verəcək və gələcək kəşfiyyat qazma işlərinin planlaşdırılması üçün əsas rolunu oynayacaq.