Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası Ermənistanda 7 iyun 2026-cı il tarixinə planlaşdırılan parlament seçkilərində iştirak etməyəcək.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Sarkisyanın özü jurnalistlərə məlumat verib.
O bildirib ki, partiyanın kimə dəstək verəcəyini qurultayda elan edəcək. O, həmçinin qeyd edib ki, Respublika Partiyası bütün müxalif qüvvələri dəstəkləyir.
Bundan əvvəl erməni KİV-ləri yazırdı ki, “Daşnaksütyun” partiyası qarşıdan gələn parlament seçkilərində Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ilə blok şəklində iştirak edəcək.
Koçaryan ötən ilin 7 oktyabr tarixində bildirmişdi ki, onun komandası parlament seçkilərində iştirak edəcək. Daha sonra KİV-lər xəbər vermişdi ki, o, 30 noyabr tarixində tərəfdarları ilə görüşdə “Ermənistan” müxalif blokunun siyahısına rəhbərlik etməyə hazır olduğunu göstərib və bölgələrdə işin fəallaşdırılmasına çağırıb.