ABŞ ordusunun Küveytin Bubian adasındakı “Himars” sistemi və Bəhreynin şimalındakı "Patriot" sistemi atəşə tutulub.
Trend-in məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) açıqlama yayıb.
Bildirilib ki, bu gün səhərdən etibarən “Doğru Vəd 4” əməliyyatının 95-ci mərhələsində eyni zamanda ABŞ ordusunun BƏƏ-dəki toplaşdığı məkanlar və ABŞ-nin BƏƏ-dəki Oracle süni intellekt texnologiya şirkəti atəşə tutulub.
SEPAH-ın məlumatına görə, Bəhreynin Xəlifə Bin Salman limanında üçüncü ölkənin bayrağı altında üzən və İsrailin mülkiyyətində olan “MCS ISHIKA” gəmisi atəşə tutulub. Həmçinin İsraildə bir sıra məkanlar çoxbaşlıqlı raketlərlə atəşə tutulub.