Azərbaycanın 11 cüdoçusu Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə” turnirində çıxış edəcək.
Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan yarışda 9 çəki dərəcəsində təmsil olunacaq.
Qadınlar arasında Könül Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva (52 kiloqram), Südabə Ağayeva (70 kiloqram), Madina Kaisinova (+78 kiloqram), kişilərin mübarizəsində isə Balabəy Ağayev (60 kiloqram), Ruslan Paşayev (66 kiloqram), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kiloqram), Elcan Hacıyev (90 kiloqram), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kiloqram) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən “Böyük Dəbilqə” turniri oktyabrın 29-dan 31-dək təşkil olunacaq. Yarışda 60 ölkədən 400-dək cüdoçu qüvvəsini sınayacaq.
Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.