Macarıstanlı həvəskar astronom Tamaş Maroti Yer orbitinə yaxınlaşan yeni asteroid aşkar edib.
AZƏRTAC xəbər verir ki, bu, astronomun səkkizinci asteroid kəşfidir və obyekt “2026 TM77” müvəqqəti adı ilə qeydə alınıb.
Macarıstanın astronomiya üzrə xəbər portalının məlumatına görə, Maroti asteroidi 2026-cı il oktyabrın 13-nə keçən gecə müşahidə edib. Kiçik Planetlər Mərkəzi kəşfi ertəsi gün rəsmən təsdiqləyib. Beynəlxalq astronomiya ictimaiyyətinin 12 rəsədxanası əlavə müşahidələr apararaq cismin mövcudluğunu və orbitini təsdiqləyib.
İlkin hesablamalara əsasən, “2026 TM77” Günəş ətrafında bir dövrəni təxminən 2,86 ilə tamamlayır. Asteroid Yer orbitini kəsən trayektoriyalara malik Apollon qrupuna daxildir.
Mütəxəssislər bildirirlər ki, belə obyektlərin aşkarlanması uzunmüddətli müşahidələr və çoxsaylı görüntülərin təhlilini tələb edir. Peşəkar səma müşahidə proqramlarının genişlənməsi həvəskar astronomlar üçün yeni asteroidlərin tapılmasını daha da çətinləşdirir.