Fransada əhalinin maliyyə vəziyyəti ilə bağlı narahatlıqları artır. Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (Insee) oktyabrın 27-də açıqladığı məlumatlara görə, istehlakçıların iqtisadi inam indeksi 2013-cü ilin iyun ayından bəri ən aşağı səviyyəyə enib.
AZƏRTAC xəbər verir ki, oktyabr ayında bu göstərici əvvəlki ayla müqayisədə 5 bənd azalaraq 80-ə düşüb. Halbuki onun uzunmüddətli orta səviyyəsi 100 bənd təşkil edir.
Insee-nin məlumatına əsasən, göstəricinin azalmasına əsasən fransızların şəxsi maliyyə vəziyyətləri ilə bağlı mənfi qiymətləndirmələri təsir göstərib.