Ağdamda minalanmış ərazidə yanğın başlayıb

Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu və Yusifcanlı kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, yanğın minalanmış ərazidə qeydə alınıb. Hadisə nəticəsində ərazidə alov və güclü tüstü müşahidə olunur.

 

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən briqadanın cəlb olunduğu bildirilir.

Xəbər yenilənəcək