Saatlı stansiyasından 25 kilometr cənubda, İmişli rayonunda zəlzələ baş verib.
Bu barədə AZƏRTAC-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 22:28-də qeydə alınan zəlzələ hiss olunmayıb. Yeraltı təkanların maqnitudası 3,1 olub.
Zəlzələnin ocağı 43 kilometr dərinlikdə yerləşib.