ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

NTD komandası ABŞ-dən olan basketbolçu Qeylen Smiti heyətinə qatıb.

Bakı təmsilçisindən AZƏRTAC-a bildirilib ki, mərkəz və ağır forvard mövqelərində çıxış edən 27 yaşlı basketbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Qeylen Smit 2023/2024 və 2024/2025 mövsümlərində NTD-nin heyətində çıxış edib.