Daxili İşlər Nazirliyinin Bakıda kütləvi dava ilə bağlı yaydığı görüntülərdə həbs edilən deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də yer alıb.
Baş Prokurorluq və DİN-in birgə məlumatına görə, Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı Əhməd Əlizadə də daxil olmaqla 11 nəfər həbs edilib.
Qeyd edək ki, oktyabrın 23-də General Şıxlinski küçəsində yerləşən “Ab-Hava” restoranında baş verən hadisə zamanı 43 yaşlı C.Mirağayev bıçaq xəsarətlərindən qətlə yetirilib. Faktla bağlı istintaq davam etdirilir.