Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində V turun oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun ilk oyun günündə 9 matç baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarından birində Türkiyənin “Qalatasaray” klubu İngiltərə təmsilçisi “Aston Villa” ilə üz-üzə gələcək. İstanbulda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.