Biz Ukrayna üçün çox vacib və çox lazım olan yardım və dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Trend xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Azərbaycandan Ukraynaya humanitar yardım göndərilməsi ilə bağlı jurnalistlərlə açıqlamasında deyib.
O bildirib ki, humanitar yardımın tərkibinə daxil olan elektrik avadanlıqlarından Ukrayna bütün elektrik sistemini bərpa etmək üçün istifadə edəcək:
"Biz xüsusilə qiymətləndiririk ki, bu, cari ildə aldığımız elektrik avadanlığı yardımının ikinci paketidir. Azərbaycan tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndiririk".