Pezeşkian Çinə səfər edəcək

İran prezidenti Məsud Pezeşkian 31 avqustda Çinə səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə İran prezidentinin siyasət məsələlər üzrə müşaviri Mehdi Sənayi “X” platformasındakı hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, İran prezidenti Çində 30-dan çox ölkənin rəsmisinin iştirakı ilə keçiriləcək “Şanxay Əməkdaşlıq Təşkilatı” və “Şanxay Əməkdaşlıq Təşkilatı +” sammitlərində iştirak edəcək.

Sənayi bildirib ki, səfər çərçivəsində Pezeşkianın çinli həmkarı və bəzi ölkələrin dövlət başçıları ilə önəmli görüşlər keçirməsi nəzərdə tutulub.