Bakıda “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir

Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi keçirilir. Sentyabrın 9-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti təlimin təntənəli açılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov təlim iştirakçılarının açılış mərasiminə hazır olduqları barədə müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edib.

Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə şəhidlərinin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunub.

Hərbi orkestrin müşayiəti ilə iştirakçı ölkələrin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb.

Tədbirdə qeyd olunub ki, zirehli texnika, ordu aviasiyası və pilotsuz uçuş aparatlarının cəlb edildiyi “Sonsuz qardaşlıq-IV” çoxmillətli birgə təlimində 6 ölkənin xüsusi təyinatlı hərbi qulluqçuları iştirak edirlər.

Birgə təlimin əsas məqsədinin dost və müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsi, eləcə də zərurət yarandıqda birgə əməliyyatları aparma imkan və bacarıqlarının inkişaf etdirilməsi olduğu diqqətə çatdırılıb.

General-polkovnik Z. Həsənov açılış mərasimində çıxış edərək təlim iştirakçılarını ölkəmizdə görməkdən məmnun olduğunu bildirib və onları salamlayıb. Nazir qeyd edib ki, artıq dördüncü dəfədir keçirilən və ənənəvi xarakter almış "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi iştirakçı ölkələr arasında hərbi əməkdaşlığın, dostluq və qardaşlıq münasibətlərinin canlı nümunəsidir. Müdafiə naziri bildirib ki, bu kimi təlimlər yalnız hərbi təcrübə mübadiləsi və praktiki bacarıqların artırılması baxımından deyil, həm də beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və regionda sülhün qorunması üçün strateji əhəmiyyətə malikdir. Qardaş və dost ölkələrin xüsusi təyinatlı qüvvələrinin birgə fəaliyyətləri, qarşıya qoyulan tapşırıqların yüksək peşəkarlıqla yerinə yetirilməsi həmrəylik və əməkdaşlığın daha da dərinləşdiyini göstərir. Müasir döyüş şəraitində xüsusi təyinatlı qüvvələrin rolunun getdikcə daha da artdığını vurğulayan nazir birgə təlimin hər bir iştirakçı üçün faydalı olacağını, şəxsi heyətin peşəkarlığının daha da yüksələcəyini və təcrübə mübadiləsi vasitəsilə hər bir ölkənin hərbi qüvvələri üçün yeni imkanların açılacağını əminliklə vurğulayıb. İştirakçılara uğurlar arzulayan general-polkovnik Z.Həsənov təlimin yüksək səviyyədə təşkili və keçirilməsi, habelə cəlb olunan şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi barədə müvafiq göstəriş və tövsiyələr verib.

Sonda müdafiə naziri təlim iştirakçıları üçün yaradılmış şəraitlə tanış olub.

Qeyd edək ki, “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimində xüsusi təyinatlı bölmələr döyüş taktikaları üzrə atəş, paraşüt, snayper, eləcə də, yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzuları üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetirəcəklər.

 
 
 

Xəbəri sosial şəbəkələrdə paylaşın

 
 
 
 

Bizi sosial şəbəkələrdə izləyin

 
 
 
 
 
 
 
 
 

Aftandil Hacıyev: Ümid edirəm ki, baş məşqçi dəyişikliyi milli komanda üçün yeni başlanğıc olacaq

Fransua Bayru hökumətinin süqutu: Baş nazir bu gün istefa verəcək

Təhsilin İnkişafı Forumu bu il “Təhsildən gələcəyə” konsepti ilə keçiriləcək

YN Jayarathna: Asiya artıq dünyanın istehsal bazarı kimi çıxış edir

Karol Navrotski polşalı hərbçilərin Ukraynaya göndərilməsini mənasız hesab edir

Efiopiya Afrikada ən böyük hidrostansiyanı istismara verib

Azərbaycanın təşəbbüsləri regional və qlobal əməkdaşlıq üçün yeni imkanlar yaradır ŞƏRH

Asiya Vizyonu İnstitutunun prezidenti: Gənc nəsil rəqəmsal texnologiyaları tətbiq edərək, regionun inkişafına töhfə verə bilər

Nepalın Baş naziri istefa verib

Ukrayna yığmasının Azərbaycanla oyun üçün iştirak ərizəsi açıqlanıb

Bakıda “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir

Sumqayıt Teatrında “Jorj Danden, yaxud Aldanmış ər” tamaşasının premyerası olacaq

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Sabah hava əsasən yağmursuz keçəcək

“Fənərbağça”nın müdafiəçisi “Spartak”a transfer olunub

Fərid Şəfiyev: Rusiya ilə gərginliyin səbəbkarı Azərbaycan deyil

BDYPİ: Qəzadan sonra avtomobillərin yolun hərəkət hissəsindən kənarlaşdırılması vacibdir

Erməni deputat: Bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyır

Baş nazirin müavini: 347 Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti sahələrində aktiv fəaliyyət göstərir

 
Sumqayıtda avtoxuliqanlıq edib, sosial şəbəkələrdə yayan şəxslər həbs olunublar VİDEO

Sumqayıtda avtoxuliqanlıq edib, sosial şəbəkələrdə yayan şəxslər həbs olunublar VİDEO

Hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyası dövlət əleyhinə çalışan bəzi üzvlərinə xəbərdarlıq edib

Fransada hökumətin süqutu ölkənin müdafiəsi ilə bağlı planlara ciddi təsir edib

Ziyafət Əsgərov: Azərbaycan Vaşinqton razılaşması ilə yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayır

Eyfel qülləsinə 72 alim qadının adı yazılacaq

Zəngəzur dəhlizinin Azərbaycana aid hissəsində işlərin başa çatacağı tarix açıqlanıb

Bakı-Sumqayıt avtomobil yolunda hərəkət tam bərpa edilib

Şeyxülislam TDT-nın Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti toplantısında iştirak edəcək

 

Fərid Şəfiyev: Azərbaycan çalışacaq ki, AQEM-in beynəlxalq səviyyədə institutları formalaşsın VİDEO

Polis paytaxtda talama cinayətləri törədən şəxsləri saxlayıb

Azərbaycanın Baş prokuroru Sinqapurda keçirilən beynəlxalq tədbirdə iştirak edir

Azərbaycan 16-cı Yörük Türkmən Festivalında təmsil olunub

Qazaxıstanda tələbələrə işçi vizası verilməsi təklif olunur

Torpaq sürüşməsi Dəmirçi–Lahıc yolunu yararsız hala salıb FOTO

Çempionlar Liqası: “Araz-Naxçıvan” futzal klubunun əsas mərhələdəki oyunlarının vaxtı bəlli olub

 

Çətənə kollarının kultivasiyası ilə məşğul olan qadın saxlanılıb VİDEO

“TimeTürk”: Azərbaycanın mövqeyi Parisin müstəmləkəçi simasını dünyaya bir daha nümayiş etdirib

Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun prezidenti: Azərbaycan həm coğrafi, həm də strateji baxımdan çox önəmli ölkədir

Xətai prospektində yolun təmir işlərinə başlanılıb

“Araz-Naxçıvan”ın braziliyalı futbolçusu zədədən sonra fərdi məşqlərə başlayıb

 

Asiya Araşdırmaları İnstitutunun direktor müavini: AQEM-i sülh və rifahın ortaq qoruyucusu kimi göstərməliyik VİDEO

Bu gün Xalq rəssamı Lətif Kərimovun anım günüdür

Azərbaycanda tikilən yeni Data Mərkəzlər süni intellekt texnologiyalarının tələblərini qarşılayacaq

Macarıstan ən uzunmüddətli təbii qaz müqaviləsi imzalamağa hazırlaşır

Əli Əhmədov: Vaşinqton razılaşması Azərbaycanın diplomatik qələbəsidir

Avropa çempionatı: Azərbaycan basketbol millisinin ilkin mərhələ üçün oyun təqvimi açıqlanıb

Nərimanov və Nizami rayonlarında oğurluq edən şəxslər saxlanılıblar

AQTA: Fəaliyyəti məhdudlaşdırılan müəssisələrdə sağlamlaşdırma işləri davam edir

Norveçdəki seçkilərdə yeni mühafizəkarlar gözlənilməz uğur qazanıblar

 

Milli AQEM Tədqiqat Mərkəzinin sədri Avrasiyanı iqtisadi əməkdaşlığın vahid məkanı kimi dəyərləndirib VİDEO

Sərbəst güləş yığmasının baş məşqçisi: Dünya çempionatında qızıl medal hədəfləyirik

ADNSU-da ingilis dilində tədris olunan proqramlara qəbul 9 faiz artıb

Cari ildə Avropada 70-dən çox iri sənaye müəssisəsi bağlanıb

Komitə sədri: Vaşinqtonda əldə olunan razılaşma regionda əməkdaşlıq mühitinin yaranmasına təkan verir

 

AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

Bu ilin 8 ayında əcnəbilərə 7 milyon manata yaxın ƏDV qaytarılıb

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatında ən yaxşı nəticəyə ümid edirik

Şri-Lanka nümayəndəsi: AQEM-də qarşılıqlı etimad prinsipləri münasibətlərin möhkəmlənməsi üçün vacib zəmin yaradır

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirib

Qazaxıstan oğuzların paytaxtı Jankentin olduğu XI əsrə aid nadir xəritənin surətini alıb

Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Dövlət Xidməti: “Telegram” hücumları ilə bağlı araşdırmalar davam etdirilir

Beyləqanda “Elit” kafesində nöqsanlar aşkarlanıb

Britaniya aviadaşıyıcısı Cənubi Koreya sahillərində təlim keçirib

Baş direktor: AQEM beynəlxalq əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək baxımından mühüm imkanlara malikdir

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 40 mindən çox xidmət göstərilib

Cibuti nümayəndə heyəti “ASAN xidmət”də

Gürcüstan eksperti: Nəqliyyat sahəsində liderlik Azərbaycana regional bazara daha dərin inteqrasiya imkanı verir – MÜSAHİBƏ

Səkkiz ayda DSMF-nin xərcləri 5 milyard 5 milyon manat olub

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə növbəti oyunlar keçiriləcək

Rusiyada baş vermiş təyyarə qəzasında pilot həlak olub

“Azərpoçt”un daha bir filialı Kəlbəcərdə fəaliyyətə başlayıb

Cari ildə 320 minə yaxın “ASAN İmza” sertifikatı verilib

Çinin Ningbo limanı ilə Bakı Limanı arasında rəqəmsallaşma sahəsində əməkdaşlığın qurulması üçün işçi qrupu yaradılır

Aqrar sığorta sahəsində Türkiyə təcrübəsi öyrənilir

Milli Məclisin sədri: Vaşinqton razılaşması Azərbaycanın son illərdə əldə etdiyi ən mühüm siyasi uğurlardandır

İranın xarici işlər nazirinin IAEA-nın baş direktoru ilə görüşündə yeni sazişin müzakirə ediləcəyi gözlənilir

Dünya çempionatına son hazırlıq: Azərbaycan güləşçilərinin açıq məşqi olub

Kolleclərə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat başlanır

Azərbaycanda bərpaolunan mənbələrdən istilik enerjisinin inteqrasiyası üzrə layihəyə başlanılıb

Gəncədə hava limanında oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Paytaxtda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

 

Yan Jiemian: Mən Bakıda sülh və əmin-amanlıq, sosial inkişaf gördüm VİDEO

BDYPİ sürücüləri manevr edərkən qaydaları ciddi şəkildə yerinə yetirməyə çağırıb VİDEO

“AzInTelecom”un sədri: Təqdim etdiyimiz həllər dövlət və özəl qurumlarında inteqrasiyanı sürətləndirib

Rəqəmsal SAT imtahanı keçiriləcək

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçirilir

Azərbaycan TDT ölkələri gömrük orqanları rəhbərlərinin iclasında iştirak edib

Pambıq tədarükündə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri həyata keçirilib

 

Nərimanov rayonunda 60 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Dünya bazarında qızıl 17 dollardan çox bahalaşıb

Azərbaycan yığması Sloveniyadakı yoldaşlıq turnirində sonuncu oyununa çıxacaq

Azərbaycanla Çin arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlıq istiqamətləri müzakirə olunub

Çinin Yivu şəhərindən Avropaya yola düşən qatar Bakıya çatıb

Tədqiqat: Kosmosa uçuş insanın kök hüceyrələrinin qocalmasına səbəb olur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Ötən gün 22 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Azərbaycan məşqçiləri Avropa Gimnastikasının ənənəvi tədbirində iştirak ediblər

Rafiq Babayev adına 11 illik Musiqi Məktəbinin növbəti uğuru

 

Yan Venbin: Azərbaycan qarşılıqlı fəaliyyət, rəqəmsallaşma və davamlı inkişaf mövzusu üzrə mühüm əməkdaşlıq təklifləri irəli sürüb VİDEO