ABŞ Yaxın Şərqdəki aviabazalarından hərbçilərin təxliyəsinə başlayıb

ABŞ Yaxın Şərqdəki aviabazalarından hərbçilərin təxliyəsinə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin mənbələrinə istinadla yaydığı məlumata görə, ABŞ ordusu bəzi hərbçilərə çərşənbə axşamınadək Qətərdəki “Əl-Udeyd” aviabazasından çıxmağı tövsiyə edib. ABŞ-ın Dohadakı səfirliyi hələlik vəziyyətlə bağlı şərh verməyib.

Qeyd edək ki, “Əl-Udeyd” Birləşmiş Ştatların Yaxın Şərqdəki ən böyük hərbi bazasıdır. Bu bazada təxminən 10 min amerikalı hərbçi xidmət edir. ABŞ 2025-ci ilin iyun ayında İrana aviazərbələr endirmədən öncə hərbçilərin bir hissəsini regiondakı bazalardan çıxarmışdı.

Yanvarın 12-də Prezident Donald Tramp ABŞ-ın hərbi və kommersiya obyektlərinə hücum edəcəyi təqdirdə İranı “misli görünməmiş zərbələrlə” hədələyib. Ağ Evin rəhbəri, həmçinin iğtişaşlarda iştirak edən insanları hökumət binalarını ələ keçirməyə çağırıb və “köməyin artıq yolda olduğunu” deyib.