Cənubi Qafqaz regionunu, həmçinin Gürcüstan Avropanı Şərqlə birləşdirən yeganə yol olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dublində Beynəlxalq və Avropa İşləri İnstitutunda keçirilən və əsas mövzusu Gürcüstanın Avropa memarlığındakı rolu olan müzakirədəki çıxışı zamanı bildirib.
Hökumət başçısı qeyd edib ki, Avropa ilə Asiya arasında bağlantı Avropanın iqtisadi imkanlarının gücləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Ukrayna müharibəsindən sonra Avropa, xüsusən də Avropa İttifaqı, Avropa iqtisadiyyatı üçün mühüm rol oynayan Rusiya bazarı ilə əlaqəsini itirib. Avropa, həmçinin ucuz təbii sərvətlərə çıxışını itirib. Bundan əlavə, Yaxın Şərqdə davam edən münaqişənin hələ də davam etdiyini görürük ki, bu da Avropanın Şərqlə bağlantısına mənfi təsir göstərir. Bu vəziyyətdə Gürcüstan və bütövlükdə Cənubi Qafqaz regionu Avropanı Şərqlə birləşdirən yeganə yol olaraq qalır.
Onun sözlərinə görə, artıq Cənubi Qafqaz regionunu Avropa ilə birləşdirən mühüm strateji layihələr mövcuddur.
“Məsələn, Xəzər regionundan təbii qaz və neftin Aİ üzv dövlətlərinə tədarük edildiyi strateji boru kəmərləri var. Bunlardan biri Aİ üzv dövlətlərinə təbii qazın tədarükünü təmin edən Bakı-Tbilisi-Ərzurum qaz kəməridir, digəri isə neftin Avropa ölkələrinə tədarük edildiyi Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bunlar yalnız bir neçə nümunədir”, - deyə Baş nazir bildirib.