Tramp məşhur müğənniyə “qızıl kart” hədiyyə etdi

Trinidad əsilli müğənni Nikki Minaj ABŞ Prezidenti Donald Trampa açıq şəkildə verdiyi dəstəyə görə ABŞ-də daimi yaşayış hüququnu təmin edən "Trump Gold Card" (Trampın Qızıl Kartı) alıb.

Trend xəbər verir ki, bu barədə ifaçı X sosial şəbəkəsində məlumat verib.

 

“Hazırda möhtəşəm və səxavətli prezidentim sayəsində vətəndaşlıq sənədlərimin rəsmiləşdirilməsini yekunlaşdırıram. Vəsatətiniz üçün təşəkkür edirəm! Siz olmasaydınız, bunu bacarmazdım. Vətəndaş Nikki, sən zirvədəsən”, – deyə müğənni yazıb.

Minaj vurğulayıb ki, kartı ödənişsiz əldə edib, halbuki proqram ilkin olaraq xarici investorlar üçün nəzərdə tutulmuşdu və ABŞ-da daimi yaşayış hüququ üçün 1 milyon dollar məbləğində ödəniş tələb edirdi.