Putin və Paşinyan təkbətək görüş keçirəcək - Peskov

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan 1 aprel danışıqlarından təkbətək danışmağı planlaşdırırlar.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

 

“Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada işgüzar səfərdədir. Bu gün Rusiya-Ermənistan danışıqları olacaq. Daha sonra iki lider işgüzar səhər yeməyi zamanı təkbətək formatda ünsiyyəti davam etdirəcəklər”,-deyə Peskov bildirib.

Kremlin məlumatına əsasən, danışıqlarda Rusiya-Ermənistan münasibətlərinin cari vəziyyəti və perspektivləri, Cənubi Qafqazda nəqliyyat-logistika əlaqələrinin inkişafı, eləcə də gündəmdə olan regional məsələlər müzakirə ediləcək.