Nümayəndələrimizə ABŞ Prezidentinin komandası ilə əlaqə saxlamağı və Rusiyanın qısamüddətli atəşkəs təklifinin təfərrüatlarını aydınlaşdırmağı tapşırdım.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Telegram” platformasında bildirib.
O əlavə edib: “Ukrayna sülhə can atır və bu müharibəyə həqiqətən son qoymaq üçün lazımi diplomatik işləri görür. Moskvada parad üçün bir neçə saatlıq təhlükəsizliyi və ya daha çox məqamı, yəni, dəqiq nəyin müzakirə olunduğunu müəyyən edəcəyik.
Bizim təklifimiz insanlar üçün etibarlı təhlükəsizliyi və davamlı sülhü təmin edən uzunmüddətli atəşkəsdir. Ukrayna bunun üçün istənilən ləyaqətli və effektiv formatda çalışmağa hazırdır”.