İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq nazirİ Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib.
Trend-in müxbiri xəbər verir ki, o, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə brifinq zamanı çıxışında deyib.
İtaliyalı nazir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında da sülh daimi inkişafa səbəb olacaq.
“Azərbaycan və Ermənistan arasında sülhə aparan dialoqu yüksək qiymətləndirir və dəstəkləyirik. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm ki, sabitlik istiqamətində addımlar atırlar”,- deyə o bildirib.