Keçmiş Qarabağ separatçılarından daha biri öldü

Azərbaycanın Qarabağ bölgəsində vaxtilə mövcud olmuş separatçı rejimin strukturlarında fəaliyyət göstərən Qriqori Qabrielyants ölüb.

Aysor.am xəbər verir ki, o, noyabrın 22-də Moskva şəhərində, 93-cü yaşında dünyasını dəyişib.

 

Xatırladaq ki, Qriqroi Qabrielyants 1934-cü ildə Bakıda anadan olub və 1989-1991-ci illərdə SSRİ-nin gelogiya naziri kimi çalışıb.

O 2011-ci ildən Qarabağdakı keçmiş qondarma rejimdə “prezidentin müşaviri” və s. vəzifələrdə çalışıb. 2020-ci ildə Azərbaycanın 44 günlük Zəfər Müharibəsindən sonra o, Azərbaycan ərazisini tərk edərək Rusiyaya qayıtmışdı.