Noyabrın 24-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatları, dini konfessiyaların və qeyri-hökumət təşkilatlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.
Tədbirdə qadınların ictimai-siyasi, sosial və mədəni həyatda fəal iştirakının təmin edilməsi, hüquqlarının müdafiəsi və ailə institutunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti müzakirə olunur.