NATO Qara dənizi alyansın məsuliyyət regionu kimi nəzərdən keçirir - Rütte

Şimali Atlantik alyans Qara dəniz və Baltik dənizi NATO-nun məsuliyyət regionları kimi nəzərdən keçirir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla NATO baş katibi Mark Rütte mətbuat konfransında çıxış edib.

 

“Baltikaya, eləcə də NATO-nun digər regionlarına, məsələn Qara dənizə gəlincə, ordakı sualtı infrastruktur daima təhdidlə üz-üzədir”, - deyə Rütte vurğulayıb.

O, NATO ölkələrindən birinə hücum ediləcəyi təqdirdə, qarşı tərəfin “dağıdıcı qarşılıq” görəcəyi barədə xəbərdarlıq edib.