Nyu-Yorkda bina çökdü: 2 ölü, 17 yaralı
Nyu-Yorkun Bruklin bölgəsində çökmüş binanın dağıntıları altında qalan 2 nəfər həyatını itirdi, 17 nəfər yaralandı.

Nyu-York Yanğınsöndürmə İdarəsinin (FDNY) rəsmiləri, dünən yerli saatla 16:01-də Bruklin şəhər mərkəzində Newkirk və Flatbush küçələri arasında yerləşən bir blokda çökmə baş verdiyini açıqladı. Hadisədə 2 nəfərin həyatını itirdiyi, 17 nəfərin isə yaralandığı bildirildi.

FDNY Komissarı Lillian Bonsignore, hadisə yerində uzun bir əməliyyat olacağını bildirərək, “Çökmə vəziyyətlərində aparılan xilasetmə işləri son dərəcə təhlükəlidir. Atılan hər addım planlıdır; həm zərərçəkənlərin vəziyyəti, həm də personalımızın təhlükəsizliyi baxımından kritik əhəmiyyətə malikdir. Komandalarımız, bu gün günortadan sonra hadisə yerinə gəldikləri andan etibarən sistematik şəkildə, fasiləsiz işləyirlər” ifadələrini istifadə etdi.