ABŞ-ın birinci xanımı Melaniya Tramp çərşənbə axşamı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhammed bin Salmanı livanlı dizayner Elie Saabın zümrüd yaşıl rəngli donunda qarşılayaraq moda və diplomatik xarakterli mesaj verib.
AZƏRTAC xəbər verir ki, bu fikir ABŞ mediasında dərc olunan materiallarda ifadə olunub. Qeyd edilib ki, Melaniya əri Prezident Donald Trampla birlikdə Ağ Evdə vəliəhd şahzadənin şərəfinə verilən şam yeməyində Muhammed bin Salmanı Səudiyyə Ərəbistanı bayrağının rəngində geyimlə qarşılayıb. Birinci xanım sivri dabanlı ayaqqabılarla geyindiyi və yerə qədər uzanan dəbdəbəli donu ilə diqqəti cəlb edib. Paltarın tünd yaşıl rəngi Səudiyyə Ərəbistanına hörmət əlaməti kimi qəbul edilə bilər.
FOTO 2
Birinci xanım minimal zərgərlik məmulatı taxıb; sadəcə brilyant sırğalar və üzüklər onun donunu tamamlayıb.
Prezident Donald Tramp Səudiyyə Ərəbistanı vəliəhdinin şərəfinə verdiyi şam yeməyinə dünyanın nüfuzlu biznes, texnologiya, investisiya və idman təmsilçilərini dəvət edib.