ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Ev yaxınlığında silahlı bir şəxsin polis tərəfindən vurulduğu bildirildi.
ABŞ Gizli Xidməti rəsmisi Ağ Ev yaxınlığında baş verən silahlı hadisə ilə bağlı mətbuat konfransı keçirdi. Rəsmilər, Independence Prospekti ilə 15-ci Küçənin kəsişməsində silahlı olduğu müəyyən edilən bir şübhəlinin polis tərəfindən vurulduğunu və bu şəxsin xəstəxanaya aparıldığını açıqladı.
Ağ Ev ətrafında, yerli vaxtla dünən günorta saatlarında silah səslərinin eşidildiyi bildirilmiş, bu çərçivədə Ağ Ev bağçasında çalışan müxbirlər, Gizli Xidmət tərəfindən ehtiyat məqsədilə toplantı otağına toplanmışdı. Silah səslərinin eşidilməsindən qısa müddət sonra hər hansı bir təhdid olmadığı üçün həyəcan vəziyyəti ləğv edilmişdi.