İspaniya Baş naziri Pedro Sançes, meşə yanğınları səbəbindən elan edilən milli fövqəladə vəziyyətin ləğv edildiyini bildirdi.
İspaniya mətbuatı Baş nazir Pedro Sançesin Aviladakı fəlakət idarəetmə mərkəzində açıqlama verdiyini bildirdi. Sançes açıqlamasında, paytaxt Madrid və Aviladakı meşə yanğınları səbəbindən elan edilən milli fövqəladə vəziyyətin ləğv edildiyini qeyd etdi. Sançes, meşə yanğınlarına müdaxilənin 'uğurlu' olduğunu bildirdi.