İspaniyanın Mərakeş sərhədindəki Seuta bölgəsində 18 nizamsız miqrant həyatını itirdi
İspaniyanın Mərakeş sərhədində yerləşən Şimali Afrikadakı ərazisi Seutaya dəniz yolu ilə keçməyə çalışan ən azı 18 nizamsız miqrant həyatını itirdi.

 

İspaniyanın Şimali Afrikadakı ərazisi Seutada baş verən nizamsız miqrasiya sıxlığı insan itkilərinə səbəb oldu. İspan mətbuatına əks olunan məlumatlara görə, Mərakeşdən İspaniya ərazisinə dəniz yolu ilə keçməyə çalışan 18 nizamsız miqrant həyatını itirdi. Minlərlə nizamsız miqrantın sərhədləri aşaraq Seutaya daxil olmasından sonra İspaniya hökuməti mülki mühafizəçilərə dəstək olmaq məqsədilə silahlı qüvvələri bölgəyə yerləşdirdi.

Minlərlə nizamsız miqrantın kütləvi keçid cəhdindən sonra qonşu bölgə Melillada İspaniya ilə Mərakeş arasındakı yeganə aktiv keçid nöqtəsi olan Beni Enzar sərhəd qapısı da nəqliyyata bağlandı. Rəsmilər, davam edən təhlükəsizlik əməliyyatlarını asanlaşdırmaq üçün bölgə sakinlərinə sərhəd xəttindən uzaq durmaları çağırışında bulundu.

Avropa İttifaqının (Aİ) Afrika ilə olan yeganə quru sərhədini təşkil edən Seuta və Melilla, uzun müddətdir Avropaya çatmaq istəyən nizamsız miqrantların əsas keçid nöqtələri arasında yer alır.