ABŞ-ın Idaho ştatında bir restoranda baş verən silahlı hücumda 3 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirildi.
Amerika mətbuatı, yerli vaxtla günortadan sonra Idaho'nun cənubundakı Twin Falls bölgəsində silahlı hücum baş verdiyini bildirdi. Rəsmilər, yarı avtomatik tüfənglə restorana girən hücumçunun ətrafa atəş açmağa başladığını, hadisədə 3 nəfərin həyatını itirdiyini, 5 nəfərin isə yaralandığını qeyd etdi. Hücumçunun daha sonra öz silahı ilə həyatına son verdiyini bildirən rəsmilər, hadisə ilə bağlı araşdırmanın başladığını qeyd etdilər.