Peruda təyyarə qəzası: 13 ölü
Peruda turistləri daşıyan təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər həyatını itirib.

Peru Nazca Polis Rəisi Jorge Andrade, paytaxt Lima'dan təxminən 240 kilometr uzaqlıqdakı Pisco şəhərindən havaya qalxan təyyarənin Nazca kəndinə düşdüyünü açıqladı. Qəzada sağ qalan olmadığını deyən Andrade, “Əlimizdəki məlumatlara görə 11 sərnişin və 2 ekipaj üzvü həyatını itirib. 4 nəfərin cansız bədəninə çatdıq” dedi.

Andrade, turistlərin Nazca Xətləri'ni havadan görmək məqsədilə təşkil edilən gəzinti uçuşuna qatıldığını bildirərək, qəzaya səbəb olan amilin müəyyən edilməsi üçün Mülki Aviasiya Təşkilatı tərəfindən araşdırma başladıldığını qeyd etdi.