İspaniya, Fas sərhədində yerləşən Şimali Afrikadakı ərazisi Seutaya qeyri-qanuni miqrasiyanı əngəlləmək məqsədilə dənizə 500 metrlik üzən baryer qurdu.
İspaniya, Fas sərhədində yerləşən Şimali Afrikadakı ərazisi Seutaya qeyri-qanuni miqrasiyanı əngəlləmək məqsədilə dənizə 500 metrlik üzən baryer qurdu.
İspaniyanın Şimali Afrikadakı ərazisi olan Seuta şəhərində qeyri-qanuni miqrantların keçidlərini əngəlləmək məqsədilə sərhəd xəttində 500 metrlik üzən baryerin qurulması tamamlandı. İspan mətbuatı, İspaniya hökumətinin qərarı çərçivəsində, Seutanın Fas ilə sərhədindəki Tarajal Sərhəd Qapısında, qurulmasına dünən səhər başlanan 500 metr uzunluğundakı üzən təhlükəsizlik baryerinin tamamlandığını elan etdi.
Baryer vasitəsilə qeyri-qanuni miqrantların qanunsuz keçidlərinin qarşısının alınmasının hədəfləndiyi qeyd edilərək, baryerin səth hündürlüyünün 30-70 santimetrə çatdığı, su altında isə bir metr dərinlikdə olduğu bildirildi.